Azərbaycan millisinin daha bir gənc boksçusu Monteneqronun Budva şəhərində keçirilən dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinala yüksəlib. Boks Federasiyasının məlumatında deyilir ki, Zidan Hümbətov (54 kq) ikinci döyüşündə İlgiz Korqonbayevə (Qırğızıstan) qalib gəlib.
O, rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Hümbətov yarımfinalda Ali Muratla (Qazaxıstan) üz-üzə gələcək. Görüş martın 8-də olacaq. Boksçumuz yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.
Mətləb