UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Son oyun günündə də 4 qarşılaşma keçirilib. Günün ilk matçında İtaliya "İnter"i Niderlandda "Feyenoord"a 2 cavabsız qolla qalib gəlib. İngiltərənin "Liverpul" komandası Fransada PSJ-nin qonağı olub. Bu görüşdə Mersisayd təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
"Benfika" Portuqaliyada İspaniya nəhəngi "Barselona"ya 0:1 hesabı ilə uduzub. Almaniya "Bavariya"sı isə öz meydanında "Bayer"in qapısından 3 top keçirib.
Mətləb