Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Azarkeşlər son oyun günündə 4 qarşılaşmaya şahidlik edəcəklər. İngiltərənin "Liverpul" komandası Fransada PSJ-nin qonağı olacaq. "Benfika" isə Portuqaliyada İspaniya nəhəngi "Barselona"nı qəbul edəcək. "Bavariya" isə digər Almaniya təmsilçisi "Bayer"lə qarşılaşacaq. Hər üç görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bundan başqa Bakı vaxtı ilə saat 21:45-də "Feeyonord" Milan "İnter"i ilə qarşılaşacaq.
Mətləb