UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə 4 qarşılaşma keçirilib. Günün ilk matçı Belçikada “Brügge” ilə İngiltərənin “Aston Villa” komandası arasında olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Gecənin ən prinsipial matçı İspaniyada oynanılıb. Madrid “Real”ı öz meydanında şəhərin digər təmsilçisi “Atletiko”nu sınağa çəkib. Madrid derbisində sevinən tərəf “kral klubu” olub - 2:1.
Bundan başqa, İngiltərə “Arsenal”ı Niderlandda PSV-ni 7:1 hesabı ilə darmadağın edib, Fransanın “Lill” komandası isə Almaniyada Dortmund “Borussiya”sı ilə heç-heçəyə razılaşıb - 1:1.
Mətləb