Bu gün futbol üzrə Misli Premyer Liqanın XXV turu çərçivəsində ilk qarşılaşmalar keçiriləcək. "Qarabağ" bu gün "Sumqayıt"la üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək. "Köhlən atlar" hazırda 57 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 7-ci pillədə qərarlaşıb.
Turun digər bir qarşılaşması çərçivəsində bu gün saat 17:00-da "Səbail" və "Şamaxı" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Paytaxt klubu 18 xalla sonuncu - 10-cu, qonaqlar 21 xalla səkkizincidir.
Mətləb