Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinə yekun vurulub. Üçüncü turun son oyun günündə B qrupunda “Fənərbaxça” "Qaziantep"ə 4:1, "Göztepe" "Kasımpaşa"ya 5:0, “İstanbulspor” "Erzurum"a 3:0 hesabı ilə qalib gəlib. C qrupunda isə "Qalatasaray" "Konyaspor"la, "Eyüpspor" "Başakşehir"lə heç-heçə edib. Bu mərhələnin yekununda A qrupundan "Trabzonspor" və "İskenderunspor", B qrupundan "Fənərbaxça" və "Göztepe", C qrupundan "Konyaspor" və "Qalatasaray", D qrupundan isə "Beşiktaş" və "Bodrum" 1/4 finala adlayıblar.
1/4 finalın püşkü martın 6-da atılacaq.
Mətləb