Futbol üzrə İspaniya Kubokunun yarımfinalında keçirilən “Barselona” - “Atletiko” matçı əsrin rekorduna səbəb olub. “Opta Sport”un yazdığına görə, komandaların şəxsi oyunlarda vurduğu qollar XXI əsrin rekordu olub. Sonuncu dəfə 1997-ci ildə baş tutan görüşdə 8 və ya daha çox qol vurulmuşdu. Ölkə kubokunun 1/4 finalına təsadüf edən qarşılaşma “Barselona”nın 5:4 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, "Barselona" - "Atletiko" matçında qalib müəyyənləşməyib - 4:4. Komandalar arasında yarımfinalın cavab görüşü aprelin 2-də Madriddə keçiriləcək.
Mətləb