"ƏI-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu İspaniya təmsilçisi "Valensiya"nın əsas səhmdarına çevrilə bilər. Bu barədə “Footmercato” məlumat yayıb. "Yarasalar"ın hazırkı sahibi, hücumçunun yaxın dostu və bir neçə şirkətdə şəriki olan Peter Lim klubu Ronalduya satmaq niyyətindədir. O, mövsümün sonunadək səhm satışını başa çatdırmaq istəyir. Forvard özü də komandanı almaqda maraqlıdır. Xərclərin bir hissəsi Kral ailəsinə bağlı Səudiyyə investisiya fondları tərəfindən qarşılana bilər. Mətləb