Leonel Messi ilə bağlı maraqlı hadisə yaşanıb. Belə ki, "Sportinq Kanzas Siti" ilə matçın ardından ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu L. Messiyə yaxınlaşaraq ondan avtoqraf istəyən meksikalı hakim Marko Antonio Ortis Nava 6 ay müddətinə diskvalifikasiya edilib. Bu barədə ESPN telekanalı məlumat yayıb.
CONCACAF bayrağı altında keçirilən oyunlardan kənarlaşdırılan ədalət təmsilçisi Meksika çempionatının matçlarını idarə edə bilər.
Mətləb