Ardıcıl məğlubiyyətlər, UEFA Çempionlar Liqasından kənarda qalmaq artıq "Mançester Siti" rəhbərliyinin səbr kasasını daşırıb. "El Nacional" nəşri yazır ki, klubun səhmdarları baş məşqçi Xose Qvardiola ilə yolları ayrımağa qərar veriblər. Müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Qvardiolanın yerinə ən uyğun variant "Bayer"in baş məşqçisi Xabi Alonso hesab olunur. "Şəhərlilər"in rəhbərliyi Alonsonun ortaya qoyduğu oyun tərzini bəyənir. İngiltərə klubu X. Alonso ilə ciddi əlaqə qurmaq və ilkin danışıqlara başlamaq istəyir.
Mətləb