UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.Günün maraqla gözlənilən matçlarından biri "Santyaqo Bernabeu"da oynanılıb. İlk görüşdə 3:2 hesablı qələbə qazanan "Real" "Mançester Siti"ni doğma meydanında qəbul edib. Erkən final da adlandırılan qarşılaşmanın qalibi Madrid təmsilçisi olub - 3:1. Yekunda "Real" 1/8 finala adlayıb, "Mançester Siti" mübarizəni dayandırıb.
PSJ 1 həftə əvvəl 3:0 hesabı ilə məğlub etdiyi "Brest"ə 7 cavabsız qol vurub və adını 1/8 finala yazdırıb. PSV - "Yuventus" matçının əsas vaxtında Niderland təmsilçisi 2:1 hesabı ilə üstün olub. İlk görüşdə Turin klubu eyni hesabla qalib gəldiyinə görə əlavə vaxt oynanılıb. PSV əlavə vaxtda daha 1 qol vuraraq "Yuventus"u məğlub edib. Eyni zamanda Dortmund "Borussiya"sının da növbəti mərhələyə vəsiqə qazandığı dəqiqləşib.
Qeyd edək ki, bunadək "Feyenoord", "Bavariya", "Brügge" və "Atalanta" 1/8 finala adlayıb. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
Mətləb