Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq. Günün maraqla gözlənilən matçlarından biri "Santyaqo Bernabeu"da oynanılacaq. İlk görüşdə qələbə qazanan "Real" evdə "Mançester Siti"ni qəbul edəcək. Erkən final da adlandırılan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. PSJ "Brest"lə, "Yuventus" PSV ilə, Dortmund "Borussiya"sı isə "Sportinq"lə münasibətlərə aydınlıq gətirəcək. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
Mətləb