İngiltərənin "Liverpul" klubu daha bir supertransfer reallaşdırmağa hazırlaşır. İngiltərə mətbuatının yazdığına görə, bu klub İngiltərə Premyer Liqasının ən bahalı futbolçularından sayılan "Nyukasl"ın mərkəz hücumçusu Aleksandr İsakı transfer etmək istəyir. Mətbuat yazır ki, 25 yaşlı isveçli forvardın transfer qiyməti ən azı 75 milyon avrodur. "Liverpul" rəsmilərinin artıq qarşı tərəflə futbolçunun transferi ilə bağlı təmaslara keçdikləri deyilir.
Mətləb