Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürəcək. Birinci oyun günündə 4 matç keçiriləcək. Bununla da pley-offdan 1/8 finala adlayan ilk 4 komanda müəyyənləşəcək. Ötən həftə səfərdə "Feyenoord"a uduzan "Milan" Niderland klubu ilə bu dəfə evdə qarşılaşacaq. "Bavariya" ilk matçda məğlub etdiyi "Seltik"lə doğma meydanda üz-üzə gələcək.
Qeyd edək ki, pley-offun digər 4 oyunu sabah keçiriləcək. Mərhələnin qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
Mətləb