Daha bir idmançımız beynəlxalq yarışda uğurlu nəticə qazanıb. Azərbaycanın gənc taekvondoçusu Humay Dadaşova Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində qızıl medal qazanıb. 46 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mətləb