İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola antirekordunu təkrarlayıb. Bu, "şəhərlilər"in UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə İspaniya təmsilçisi "Real"a uduzması (2:3) ilə mümkün olub. İspaniyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv bu mövsüm bütün turnirlərdə 12-ci dəfə uduzub. Hazırkı İngiltərə çempionu 2019/2020 mövsümündə eyni sayda məğlubiyyət almışdı.
Mətləb