UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Birinci oyun günündə 4 matç keçirilib. Günün maraqla gözlənilən oyunlarından biri İngiltərədə olub. Erkən final da adlandırılan matçda "Mançester Siti" "Real"ı qəbul edib. Görüşdən Madrid təmsilçisi qalib ayrılıb. "Real" qələbə qolunu 90+2-ci dəqiqədə vurub. PSJ səfərdə "Brest"i məğlub edib. "Yuventus" PSV-ni, Dortmund "Borussiya"sı isə "Sportinq"i üstələyib. Bu komandalar arasında cavab oyunları fevralın 19-da keçiriləcək.
Qeyd edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
Mətləb