Dünən Türkiyənin Antalya şəhərində G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirinin (Turkish Open) açılış mərasimi keçirilib. Mərasimdə Türkiyə Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən Azərbaycan Taekvondo Federasiyasına xatirə hədiyyəsi təqdim olunub. Bu barədə baki-xeber.com-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Dünən həmçinin yeniyetmələr yaş kateqoriyasında ölkəmizi təmsil edən “Kristal Abşeron” klubunun yetirməsi Ülvi Məmmədov (37 kq) gümüş medala layiq görülüb. Finala gedən yolda idmançımız 5 rəqibi üzərində qələbə qazanaraq həlledici qarşılaşmada türkiyəli taekvondoçuya məğlub olub. Bu gün yarışda böyükyaşlı taekvondoçularımız mübarizəyə qoşulublar. Böyüklər arasında qarşılaşmalara sabah yekun vurulacaq. Fevralın 13-14-də isə gənclər tatami üzərində mübarizə aparacaqlar. İradə SARIYEVA