Yeniyetmə qılıncoynadanlardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb. İdmançılarımız sablya növündə 18 komanda arasında ikinci yeri tutublar.
Abbas Hüseynov, Rəsul Əliyev, Timur Husnaddinov və Murad Muradovdan ibarət komanda ilk görüşdə Almaniya yığmasına 45:28 hesabı ilə qalib gəlib. Bolqarıstan, Yunanıstan, Böyük Britaniyanı təmsil edən millilərin də yarışdığı turnirdə qılıncoynadanlarımız finala gedən yolda Türkiyənin üçüncü və Gürcüstanla Fransa sablyaçılarının birgə təmsil olunduğu kollektivləri müvafiq olaraq 45:44 və 45:38 hesabları ilə məğlub ediblər. Komanda həlledici qarşılaşmada Türkiyə millisinə 30:45 hesabı ilə uduzub.
Mətləb