Bu gün futbol üzrə Misli Premyer Liqasında 11-ci tura start veriləcək. İlk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə lider "Zirə" 3-cü yerdəki "Səbail"i qəbul edəcək. Bu görüş saat 16:00-da başlayacaq.
Daha sonra Premyer Liqada Qərb derbisi oynanılacaq. "Turan Tovuz" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək. Qeyd edək ki, tura 29-30 oktyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.
Mətləb