Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsində 3-cü turun oyunlarına start verilib. "Qalatasaray" A qrupunda İstanbulda "Bavariya"nı qəbul edib və 1:3 hesablı məğlubiyyətə üzülüb. Qrupun digər matçında "Mançester Yunayted" Danimarka "Kopenhagen"i üzərində 1:0 hesabı ilə qalib gəlib. Digər qarşılaşmalarda "Arsenal" "Sevilya"nı 2:1, "İnter" "Zalsburq"u 1:0, Madrid "Real"ı "Braqa"nı 2:1 hesabı ilə məğlub ediblər.
Mətləb