Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Farer adaları ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb. C Liqasının 3-cü qrupunda baş tutacaq matçı Latviyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Yelena Yermolayevaya həmyerliləri Liqa Didrike və Diana Vanaqa-Arayya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Darya Voytexoviça yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 27-də Klaksvik şəhərində keçiriləcək Farer adaları – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Mətləb