“Barselona”nın gənc futbolçusu Mark Qiu İspaniya klubunun tarixinə düşüb. O, La Liqanın X turunda “Atletik”lə oyunda fərqlənərək buna nail olub.
79-cu dəqiqədə meydana daxil olan hücumçu cəmi 1 dəqiqə sonra komandasına 1:0 hesablı qələbə qazandıran qolu vurub. 17 yaş 291 günündə fərqlənən Qiu XXI əsrdə La Liqada “Barsa”nın heyətində debüt matçında fərqlənən ən gənc oyunçu rekordunu yeniləyib.
Mətləb