Almaniyanın “Bayer 04” klubunun ulduz futbolçusu Patrik Şik UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyunda dönüşünü qeyd edəcək. Bu barədə “Bild”ə açıqlamasında Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso deyib.
İspaniyalı mütəxəssis bildirib ki, Bundesliqanın VIII turunda “Volfsburq”la (2:1) matçın iştirak ərizəsində yer alan çexiyalı hücumçunu riskə atmaq istəməyib: “Oyun gərgin keçdi, temp yüksək idi. Matçın gedişatı Şikin iştirakına mane oldu. Düşünürəm ki, o, “Qarabağ”la görüşdə şans qazana biləcək. Onun təxminən 10-15 dəqiqə meydanda olacağına ümid edirəm”.
Qeyd edək ki, “Bayer 04” – “Qarabağ” oyunu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək.
Mətləb