Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur davam edir. Turun ilk qarşılaşmasında daha bir oyun keçirilib. Birinci dövrədə uğurlu nəticələr əldə edən “Səbail” öz meydanında çempionatın iddialı komandalarından “Neftçi” ilə üz-üzə gəlib. "Ağ-qaralar" qarşılaşmada 4:2 hesablı qələbəyə seviniblər.
Bu nəticə ilə xal ehtiyatını 15-ə çatdıran “ağ-qaralar” turnir cədvəlində 4-cü pilləyə yüksəliblər. 6 oyunluq məğlubiyyətsizlik seriyası qırılan “dənizçilər” isə 17 xalla 3-cü sırada qalıblar. Qeyd edək ki, turun açılış oyununda “Turan Tovuz”la “Qarabağ” qollu (2:2) bərabərə qalıblar.
Mətləb