"Bavariya" klubunun sentyabr ayı üçün ən yaxşı futbolçusu müəyyənləşib. "Pivəçilər"in rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə Leroy Sane 1-ci olub. O, azarkeşlərin 39 faiz səsini toplayıb. Matis Tel 2-ci (23 faiz), Harri Keyn (13 faiz) 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, sentyabrda 27 yaşlı futbolçu Bundesliqada 4, Çempionlar Liqasında isə 1 oyuna çıxıb, 4 qol vurub.
Mətləb