Futbol üzrə Braziliya millisinin və "Əl-Hilal"ın futbolçusu Neymar əməliyyat olunacaq. Bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb. Uruqvayla dünənki matçda zədələnərək meydanı tərk edən hücumçunun diz çarpaz bağları qırılıb. Yaxın vaxtlarda əməliyyat olunacaq futbolçunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Mətləb