Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxacaq. Azərbaycan təmsilçisi Ukrayna "Balta”sı ilə qarşılaşacaq.
Komandalar arasında ötən gün keçirilən görüşdə “Azərreyl” 3:0 hesablı qələbə qazanıb. Cavab matçı da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Ancaq bu dəfə ukraynalılar meydan sahibi qismində çıxış edəcəklər.
Mətləb