Futbol üzrə Türkiyə Superliqası təmsilçilərindən "İstanbulspor"un yeni baş məşqçisi müəyyənləşib. Bu barədə klubun saytı məlumat yayıb. Komandaya Hakan Yakın baş məşqçilik edəcək. Onunla 2 illik müqavilə imzalanıb. 46 yaşlı mütəxəssis bu vəzifədə sentyabrın 26-da istefaya göndərilən Fatih Tekkeni əvəzləyib. Yakının son iş yeri isə “Şaffhauzen” (İsveçrə) komandası olub.
Qeyd edək ki, son 3 matçında köməkçi məşqçi Olcay Demirin rəhbərliyi altında çıxan "İstanbulspor" hazırda Superliqanın turnir cədvəlində 2 xalla 19-cudur.
Mətləb