"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola daha bir neçə il bu klubu çalışdıra bilər. Belə ki, ingilis klubu ispaniyalı mütəxssislə hazırkı müqaviləni uzada bilər. Bu barədə nsayder Nikolo Şkira məlumat yayıb. Klubun mütəxəssislə yeni müqavilə bağlamaq istədiyi qeyd olunub. Mançester təmsilçisinin yaxın həftələrdə danışıqlara hazır olduğu vurğulanıb.
Yeni müqavilə imzalanacağı təqdirdə, bu, 2027-ci ilə qədər qüvvədə olacaq. Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.
Mətləb