Futbol üzrə Türkiyə Superliqası təmsilçisi "Samsunspor"un yeni baş məşqçisi müəyyənləşib. Klubun rəsmi saytında yer alan məlumatda deyilir ki, bu vəzifəyə Markus Qisdol təyin edilib. Almaniyalı mütəxəssislə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Hüseyin Eroğlunu əvəzləyib. Qeyd edək ki, "Samsunspor" Superliqada 1 xalla sonuncu-20-ci pillədə qərarlaşıb.
Mətləb