"Barselona"nın vitse-prezidenti Eduard Romeu argentinalı hücumçu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. "Messinin qayıdışı? Biz ona hörmət edirik. Messi, buna layiqdir. Lakin qalan hər şey sadəcə fərziyyədir, biz bu haqda danışmayacağıq”.
Lionel Messi yay transfer pəncərəsində PSJ-dən ayrıldıqdan sonra azad agent kimi "İnter Mayami"yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 13 matçda iştirak edib, 11 qol vurub və 5 qolun ötürməsini verib.
Mətləb