"Yeni baş məşqçi təyin olunana qədər "Beşiktaş"ı Burak Yılmaz çalışdıracaq." İstanbul klubunun yaydığı açıqlamada deyilir: "Bu gün klub prezidenti Ahmet Nur Çebi ilə görüşdən sonra köməkçi məşqçimiz Burak Yılmazın baş məşqçi vəzifəsini icra edəcəyi qərara alınıb. Klubun növbəti iclasına qədər bu vəzifədə məsul şəxs Burak Yılmazdır" - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş bir neçə gün əvvəl istefa verib.
Mətləb