"Şalke"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandaya Karel Herarts baş məşqçilik edəcək. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb. 41 yaşlı mütəxəssis bu vəzifədə sentyabrın 27-də istefaya göndərilən Tomas Raysı əvəzləyib.
Herarts məşqçilik fəaliyyətinə ötən il başlayıb. O, Belçika "Yunion"una baş məşqçilik edib.
Mətləb