Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo ərəb klubu ilə hazırkı müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir. Bu barədə jurnalist Əli Əl-Hərbi X sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun yazdığına görə, Ronaldo qarşıdan gələn Avropa çempionatının seçmə oyunlarında iştirak etmək üçün Portuqaliya millisinə yola düşməzdən əvvəl istəyini klub rəhbərliyinə çatdırıb. ərəb jurnalistin yazdığına görə, portuqaliyalı forvard DÇ-2026-da iştirak etmək üçün komanda ilə müqaviləsini uzatmaq istəyir, bundan sonra peşəkar karyerasını bitirmək niyyətindədir.
Mətləb