"Sevilya" baş məşqçisi Xose Luis Mendilibarla yollarını ayırıb. Klubun rəsmi açıqlamasında deyilir ki artıq ispaniyalı mütəxəssisin müqaviləsinə xitam verilib. Mendilibar komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
Qeyd edək ki, Mendilibar bu ilin mart ayında "Sevilya"nın baş məşqçisi təyin edilmişdi.