“Fənərbağça” klubu UEFA Konfrans Liqasında son qarşılaşmada qələbə qazanmaqla Türkiyə tarixində rekorda imza atıb. Belə ki, "sarı-bülbüllər" səfərdə Slovakiyanın “Spartak Trnava” klubuna 2:1 hesabı ilə qalib gəlməklə Avropada 9 oyun ardıcıl qələbə qazanan ilk türk komandası olub.
Qeyd edək ki, İsmail Kartalın yetirmələri bu mövsüm bütün turnirlər daxil olmaqla ardıcıl 15 qələbə qazanıb.
Mətləb