Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ" bu gün növbəti qarşılaşmasına çıxacaq.
Qurban Qurbanovun komandası İsveçin "Hekken" klubunun qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk turda Bakıda "Molde"yə qalib gələn (1:0) Ağdam təmsilçisi səfər matçından da xal və ya xallarla dönmək əzmindədir. H qrupunun digər matçında "Molde" "Bayer"i qəbul edəcək.
Mətləb