2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatı üç qitədə və altı ölkədə keçiriləcək. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Dünən FİFA Şurasının iclası keçirilib və orada turnirin oyunlarının ona ev sahibliyi etmək üçün müraciət etmiş bütün ölkələrdə keçirilməsi qərara alınıb.
Ən çox qarşılaşmalar Mərakeş, İspaniya və Portuqaliyada oynanılacaq. Üç matç Cənubi Amerikada olacaq. Mundialın açılış matçları yarışın 100 illiyi ilə əlaqədar Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.
Mətləb