Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub. İkinci oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib. Turnirin son qalibi "Mançester Siti" Serbiyada “Srvena Zvezda”nın qonağı olub və 3:1 hesablı qələbə qazanıb.
Maraqla gözlənilən görüşlərdən biri də Almaniyada olub. Dortmund "Borussiya"sı İtaliya nəhəngi "Milan"ı qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb. Sürpriz nətiə F qrupunda qeydə alınıb. Qrupun autsayderi hesab edilən "Nyukasl" öz meydanında PSJ-yə 4:1 hesabı ilə qalib gəlib. "Barselona" isə "Portu" üzərində 1:0 hesablı qələbəyə sevinib.
Mətləb