Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi bəlli olub. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, yığma türkiyəli mütəxəssis Evren Alkaya tapşırılıb. ABŞ-dan olan Skot Mollenhauer və Aygün Eynullayeva onun köməkçiləri olacaq.
Qeyd edək ki, Evren Alkaya daha əvvəl 16 yaşadək qızlardan ibarət basketbol millisi ilə C divizionunda Avropa çempionu olub.
Mətləb