Madrid "Real"ının kapitanı Naço Fernandes La Liqanın 8-ci turunun "Jirona" ilə oyununda (3:0) qayda pozuntusuna görə 3 oyunluq cəzalanıb. Bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) saytı məlumat yayıb.
Futbolçu əsas vaxtda oyundan sonra xəstəxanaya yerləşdirilən "Jirona"nın yarımmüdafiəçisi Portonu kobud şəkildə zədələdikdən sonra birbaşa qırmızı vərəqə almışdı. Beləliklə, Naço İspaniya çempionatının 11-ci turunun "Barselona" ilə oktyabrın 28-də keçiriləcək görüşü buraxacaq.
Mətləb