Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start verilib. A qrupunda mübarizə aparan İstanbul nəhəngi "Qalatasaray" səfərdə "Mançester Yunayted"lə qarşılaşıb. "Xəyalların teatrı" adlandırılan "Old Trafford" stadionunda baş tutan qarşılaşma olduqca dramatik şəraitdə keçib. Bu qarşılaşmada böyük əzmkarlıq göstərən "cim-bom" "qırmızı şeytanlar"ı 3:2 hesabı ilə məğlub edərək turnir cədvəlində ikinci pilləyə yüksəlib. A qrupunun digər qarşılaşmasında "Bayern" "Kopenhagen"in qonağı olub. Bu qarşılaşmada "pivəçilər" 2:1 hesablı qələbəyə seviniblər.
Mətləb