"Fənərbaxça" futbolçusu Miqel Krespo ilə yeni müqavilə imzalayıb. İstanbul klubunun rəsmi saytında yer alan məlumatda deyilir ki, portuqaliyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin iyununa qədər uzadılıb. Qeyd edək ki, M.Krespo 2021/2022 mövsümündən İstanbul təmsilçisində oynayır. O, "Fənərbaxça"da indiyə kimi 67 matçda 5 qol vurub, 5 qolun ötürməsini verib.
Mətləb