Səudiyyə Ərəbistanı klubları İspaniyanın "Barselona" klubunun və Polşa millisinin futbolçusu Robert Levandovskinin transferində israrlıdırlar. "Sport.es" nəşrinin yazdığına görə, ərəblər yayda 35 yaşlı hücumçudan mənfi cavab alsalar da, növbəti təkliflər üzərində işləyirlər.
Kataloniya təmsilçisi də təcrübəli forvardı komandada saxlamaq niyyətindədir. Son ölkə çempionu bunun üçün oyunçuya yeni müqavilə də təklif edəcək.
Mətləb