"UEFA avrokuboklarda yeni format tətbiq edəcək" - "Marça" nəşri

UEFA avrokubokların formatının dəyişdirilməsi variantını nəzərdən keçirir. Bu barədə İspaniyanın nüfuzlu idman nəşri sayılan "Marca" məlumat yayıb. Bildirilib ki, UEFA rəhbərləri və Avropa Klublar Assosiasiyası üç divizionun - Superliqa, Avropa Liqası və Namizədlər Liqasının tətbiqi variantını nəzərdən keçirir.
UEFA İcraiyyə Komitəsinin oktyabrın sonunda bu məsələni müzakirə etmək üçün toplaşacağı gözlənilir. Yeni formatın qəbul ediləcəyi təqdirdə onun 2027-ci ildən tez olmayan qüvvəyə minəcəyi gözlənilir.
Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasının yeni formatı qüvvədə olacaq. Turnirin əsas mərhələsində 36 klub iştirak edəcək. Yeni formata əsasən, hər klub 8 fərqli komandaya qarşı 8 oyun (4-ü öz meydanında, 4-ü rəqib meydanında) keçirəcək.
Mətləb