"Barselona"ya BƏD XƏBƏR: Rafinya "El-Klassiko"da oynamayacaq

"Barselona"nın futbolçusu Rafinya zədələnib. AS nəşrinin yazdığına görə, o, La Liqanın 8-ci turunda "Sevilya"ya qarşı matçda sıradan çıxıb və 37-ci dəqiqə əvəzlənib. Onun ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bu isə o deməkdir ki, Rafinya oktyabrın 28-də keçiriləcək “El Klassiko”nu buraxacaq.
Mətləb