Ronaldo yenə komandasına qələbə qazandırdı

Səudiyyə Ərəbistanının futbol çempionatında 8-ci turun oyunları keçirilir. Portuqaliyalı superulduz Kriştiano Ronaldonun da formasını geyindiyi "Əl-Nəsr" səfərdə "Əl-Tai" ilə qarşılaşıb. Matç "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
32-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Anderson Taliska fərqlənib. Qol ötürməsini Ronaldo verib. 79-cu dəqiqədə "Əl-Tai"nin yarımmüdafiəçisi Virgil Misidyan hesabı bərabərləşdirib. Ronaldo 87-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək "Əl-Nəsr"ə qələbə qazandırıb.
Mətləb