Joze Mourinyo "Roma"da antirekordları sıralayır..

Joze Mourinyonun "Roma"sı uduza-uduza gedir. Belə ki, paytaxt təmsilçisi ötən gecə A seriyasında səfərdə "Cenoa"ya 1:4 hesabı ilə uduzub. Joze Mourinyonun komandası ilk 6 turda cəmi 5 xal toplayıb ki, bu da klub tarixinin antirekordudur.
"Cenoa" ilə oyundan sonra komandanın baş məşqçisi Joze Mourinyo uğursuzluqla bağlı danışıb: "6 turda cəmi 5 xal toplamışıq və bu, klub tarixinin ən uğursuz startıdır. Mənim üçün pis başlanğıcdır. Lakin onu da unutmayaq ki, bu komanda heç vaxt ardıcıl iki dəfə avrokuboklarda final oynamayıb".
Mətləb