8-ci tur bu gün başlayır: "Qarabağ" "Sumqayıt"a qarşı

Bu gün futbol üzrə Azərbaycan Misli Premyer Liqasında 8-ci tura start veriləcək. İlk oyun günündə 1 matç keçiriləcək. Son çempion "Qarabağ" ötən mövsümün 7-cisi "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, tura 30 sentyabr və 1 oktyabr tarixilərində keçiriləcək matçlarla yekun vurulacaq.
Mətləb